Kreml Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya verib

SİYASƏT

29 Mart 2022 15:04

Oxunma sayi: 397
Kreml Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya verib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib.

Azmedia.az  xəbər verir ki, o keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - o deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!