Kreml Ərdoğanın Rusiyaya səfərini təsdiqlədi

SİYASƏT

20 Sentyabr 2021 16:23

Oxunma sayi: 229
Kreml Ərdoğanın Rusiyaya səfərini təsdiqlədi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparmaq üçün Rusiyaya səfərinin hazırlıqları aparılır”.

Azmedia.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də Ərdoğanın Rusiya Federasiyasına rəsmi səfəri hazırlanır”, - deyə Dmitri Peskov vurğulayıb.

Onun sözlərinə görə, tərəflər görüş zamanı Suriya və digər regional münaqişələr ilə yanaşı, bir sıra məsələ ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, “Reuters” agentliyi sentyabr ayının sonunda Soçidə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyi barədə yazmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!