KTMT nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək

SİYASƏT

12 Yanvar 2022 17:44

Oxunma sayi: 198
KTMT   nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclası yanvarın 13-ü keçiriləcək.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Onun sözlərinə görə, iclas zamanı Qazaxıstanda sülhməramlı əməliyyatın həyata keçirilməsi müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, iclasda KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoliy Sidorov və KTMT-nin Baş katibinin müavini Tahir Xayruloev da iştirak edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!