Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan fakt - VİDEO

ÖLKƏ

18 Aprel 2024 17:45

Oxunma sayi: 1112
Kürdə batan azyaşlı qızla bağlı  ürəkdağlayan fakt - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub.

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub.

"Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar", - deyə bildirilib.

Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su mühərrikinin yanında istirahət edirlərmiş. Bu zaman altı yaşlı Səma suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Ətraflı videoda:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!