Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

ÖLKƏ

19 Aprel 2024 15:17

Oxunma sayi: 1290
Lalə Azərtaşın verilişi bu tarixdə  BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.

Azmedia.Az bildirir ki, bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.

 

"Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından "Təsir dairəsi" verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq", — açıqlamada qeyd olunub.

 

Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!