Lavrov Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşündən danışdı

SİYASƏT

14 Yanvar 2022 16:43

Oxunma sayi: 372
Lavrov Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşündən danışdı

Biz məmnunuq ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin normallaşma ilə bağlı ilk görüşü Moskvada keçirilir.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib. Rusiya bu razılığın əldə olunmasında kömək göstərib. Biz məmnunuq ki, ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun təşkilində kömək göstərməkdən ibarətdir. Ümid edirəm ki, bu görüş uğurlu olacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Moskavada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!