Lavrovla Şoyqu deputat mandatlarından İMTİNA ETDİLƏR

SİYASƏT

29 Sentyabr 2021 14:15

Oxunma sayi: 248
Lavrovla Şoyqu deputat mandatlarından  İMTİNA ETDİLƏR

Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə qazandıqları deputat mandatını qəbul etməyiblər.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumat Rusiyanın Mərkəzi Seçki Komissiyasının qərar layihəsində yer alıb.

Sənəddə qeyd olunur ki, sentyabrın 19-da keçirilən seçkilər zamanı Dövlət Dumasına “Vahid Rusiya” partiyasından uşaq hüquqları üzrə ombudsman Anna Kuzneçova gedir. 

“Vahid Rusiya” partiyasının ilk beşliyində yer alan Sergey Lavrov, Sergey Şoyqu, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko və “İstedad və uğur” fondunun sədri Yelena Şmeleva isə deputat mandatından imtina ediblər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şoyqu və Lavrov öz nazir vəzifələrində qalacaqlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!