Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb FOTO

SİYASƏT

19 May 2022 09:57

Oxunma sayi: 353
Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb   FOTO

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 19-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedieneni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!