Livan hökuməti tam tərkibdə istefa verir

SİYASƏT

10 Avqust 2020 19:00

Oxunma sayi: 307
Livan hökuməti tam tərkibdə         istefa verir

Livan hökuməti tam tərkibdə istefa verib.

 

Azmedia.az haber global-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Hamad Hasan açıqlama verib.

 

Seray sarayında hökumətin toplantısından sonra çıxışda jurnalistlərə qısa açıqlama verən hökumət rəsmisi bildirib ki, bu barədə baş nazir Hassan Diyab rəsmi bəyanat verəcək.

 

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Beyrutda limanda baş vermiş şiddətli partlayışdan sonra ölkədə dörd nazir və altı millət vəkili istefa vermişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!