Lukaşenko Merkellə danışmaqdan imtina edib

SİYASƏT

19 Avqust 2020 19:46

Oxunma sayi: 339
Lukaşenko Merkellə danışmaqdan     imtina edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Angela Merkellə danışmaqdan imtina edib.

 

Azmedia.az-ın ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə A. Merkel Avropa İttifaqının (Aİ) Belarusdakı vəziyyətlə bağlı təcili videokonfransından sonra bildirib.

 

Almaniya kanslerinin sözlərinə görə, Aİ Belarusun vətəndaş cəmiyyətini dəstəkləyəcək, lakin əvvəlcə Belarus müxalifəti özünün nə istədiyi barədə qərar verməlidir.

 

O, telefon danışığı zamanı Rusiyanın hərbi müdaxiləsinin çox mürəkkəb proseslərə səbəb olacağı barədə Vladimir Putinə xəbərdarlıq etdiyini də qeyd edib.

 

“Lukaşenko mənimlə danışmaqdan imtina etdiyi üçün bu anda özümü vasitəçi rolunda görmürəm. Öz tərəfimizdən bu ölkədə milli dialoqa təkan vermək üçün hər şeyi edəcəyik”, - deyə A. Merkel vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!