Lukaşenko Putinlə görüşə gedir

SİYASƏT

10 Mart 2022 18:32

Oxunma sayi: 439
Lukaşenko Putinlə görüşə gedir

Belarus Prezidenti Aleksandr Lukaşenko martın 11-i Rusiyaya səfər edəcək.

Azmedia.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus dövlət başçısının Mətbuat xidməti yayıb.

Lukaşenko Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tərəflər görüş zamanı bölgə və Ukraynadakı vəziyyətlə yanaşı, iki ölkə arasında münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

Kreml də, öz növbəsində martın 11-i Putinlə Lukaşenko arasında görüşün keçiriləcəyini təsdiqləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!