Mağarada xəzinə axtaran 3 şəxsin cansız bədəni aşkarlandı - FOTO/VİDEO

DÜNYA

19 Aprel 2024 02:07

Oxunma sayi: 153
Mağarada xəzinə axtaran 3 şəxsin cansız bədəni aşkarlandı -  FOTO/VİDEO

Bursanın İznik bölgəsində 5 metr uzunluğundakı mağarada xəzinə axtaran 3 şəxs ölüb.

Azmedia.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar generatordan sızan qaz nəticəsində vəfat ediblər.

Hadisə yerinə polis və təcili yardım maşını çağırılıb. Araşdırmalar zamanı xəzinəni ata-oğul və dostunun axtardığı məlum olub.

Teyfik Özdemir (68) və Okan Özdemir (42) ata-oğul, İbrahim Ergün (38) isə onların dostu olub.

Hadisə gecə saatlarında yaşanıb. Ailəsi onlardan xəbər ala bilmədikdə məhəllə bələdiyyəsinə xəbər verib.

Səhər saat 08-00 radələrində onların mağarada cansız bədənləri aşkar edilib. Bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.

Detallı şəkildə araşdırılaraq başqa şəxslərin hadisə ilə əlaqəsi olub-olmadığı müəyyən ediləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!