Mahaçqala Bakı aviareysi ləğv olunub

SİYASƏT

06 İyun 2022 18:39

Oxunma sayi: 456
Mahaçqala   Bakı aviareysi ləğv olunub

Azərbaycan “Utair” aviaşirkətinin Mahaçqala-Bakı aviareyslərini ləğv edib.

Bu barədə “Utair” aviaşirkətindən məlumat verilib. 

“Azərbaycan dövlətinin aviasiya qurumları Mahaçqala-Bakı marşrutu üzrə müntəzəm uçuşlar üçün əvvəllər verilmiş icazəni ləğv edib. Azərbaycan dövlətinin aviasiya qurumları uçuşların bərpası vaxtı barədə məlumat vermir” - “Utair” şirkətinin mətbuat xidmətindən bildirilir. 

Məlumatda qeyd olunur ki, aviaşirkət sərnişinlərə ödənişlərini geri qaytaracaq. 

“İndi “Utair” Qroznı, Moskva, Surqut və Tümendən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə davam edir, həmçinin digər regionlardan Bakıya yeni marşrutlar açmağa hazırlaşır”, - deyə şirkətdən bildirilib.

**********

Azərbaycan Mahaçqala-Bakı aviareyslərini ləğv edib.

Bu barədə Mahaçqala hava limanının mətbuat xidməti məlumat yayıb.

May ayının sonunda Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala ilə Bakı şəhəri arasında birbaşa aviareyslərin açılması barədə elan verilmişdi.

“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!