Maksimum bal toplayan Fidan: “Yüksək səviyyədə tibb təhsili almaq istəyirəm”

ÖLKƏ

03 Aprel 2024 13:25

Oxunma sayi: 167
Maksimum bal toplayan Fidan: “Yüksək səviyyədə tibb təhsili almaq istəyirəm”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

Maksimum nəticə göstərən - 300 bal toplayan şagirdlərdən biri də Fidan Rüstəmlidir. O, Bakı şəhərində yerləşən 257 nömrəli tam orta məktəbin şagirdidir.

Fidan Rüstəmli imtahanla bağlı təəssüratını Modern.az-la bölüşüb. 

O, 4-cü qrupa hazırlaşdığını və həkim olmaq istədiyini bildirib:

“4-cü qrup üzrə imtahanda iştirak edəcəyəm. Dərslərimə hazırlaşmağa başlayanda həmişə fikirləşirdim ki, Dövlət İmtahan Mərkəzindən 300 bal mesajı gələcək. Həmişə bu stimulla hazırlaşmışam. 9-cu sinifdə buraxılış fənləri üzrə hazırlaşdım. 10-cu sinifdə sadəcə riyaziyyatdan hazırlaşmışam. 11-ci sinifdən başlayaraq buraxılış fənlərinə hazırlaşıram”.

Fidan 700 bal toplamağı hədəfləyir.

“Əlbəttə, məqsədim 700 baldır. Eyni stimulla  hazırlaşıram. İnanıram ki, yaxşı olacaq. 11-ci sinifə qədər həmişə həkim olmaq istəmişəm. Yüksək səviyyədə tibb təhsili almağı planlaşdırıram. Universitet olaraq Azərbaycan Tibb Universiteti seçmək, təhsilimi xaricdə tamamlamaq istəyirəm. İxtisası təhsil alandan sonra seçəcəyəm. Yaxşı hazırlaşmağım üçün valideynlərim, məktəb rəhbərliyi, müəllimlərim həmişə dəstək olublar”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!