Maraqlı və fərqli platforma təqdim edən xanım namizəd FOTO

SİYASƏT

28 Yanvar 2020 14:01

Oxunma sayi: 1095
Maraqlı və fərqli platforma təqdim edən xanım namizəd   FOTO

Məhsəti Əli qızı Hüseynovanın Seçki platforması.

 

1983-cü il noyabrın 28-də Sumqayıtda anadan olub. Bakının Nərimanov rayonundakı pilot orta məktəbi əla qiymətlərlə bitirib. 2004-cü ildə ABU-nun filologiya fakültəsini, 2007-ci ildə də Dillər Universitetinin magistratura pilləsini fərqlənmə ilə başa vuran Məhsəti Hüseynova Bakı Avropa Liseyində ingilis dili müəllimi, 2007-2019-cu illərdə “Vneşekspertservis” MMC-nin informasiya və tərcümə departamentində menecer kimi çalışıb. 2017-ci ilin fevralından “Gənclərin Töhfəsi” İB-nin icraçı direktorudur. Rus, ingilis və türk dillərində sərbəst danışır. Ailəlidir, 2 övladı var.

 

O, Gənclər Fondunun həyata keçirdiyi çoxsaylı layihələrdə baş təlimçi, layihə rəhbəri qismində çalışıb. 2017-2019-cu illərdə Portland İstanbul NLP Academi İnternational Groupun təhsil kursunu uğurla başa vuran, beynəlxalq sertifikat qazanan Məhsəti xanım ötən ilin iyununda Bakıda keçirilən “Sağlam Qida könüllülərinin 1-ci Respublika Forumu”nun təşkilatçısı və layihə rəhbəri olub. Oktyabr ayında Türkiyənin Sakarya şəhərində düzənlənən Kimyəvi elmlər və texniologiyalar üzrə III Beynəlxalq Türk Dünyası konfransında iştirak edən Məhsəti Hüseynovanın türk və ingilis dillərində çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ötən ilin noyabrında isə o, Manisada qardaş ölkənin Gənclik və İdman Nazirliyinin düzənlədiyi “Genclik çalışmalarında sürdürülebilir Gönüllülük” proqramında Azərbaycanı layiqincə təmsil edib. Məhsəti xanım ictimai-mədəni tədbirlərin fəal iştirakçısı olmaqla yanaşı, eyni zamanda “Qida təhlükəsizliyi və İnsanı məhvə aparan genetik silah – GDO” ikicildliyin və “Sağlam gələcək sağlam qidadan başlayır” kitablarının həmmüəllifidir. Sağlam qidalanma kimi spesifik sahəyə aid ölkədə ilk elmi nəşrlərdən hesab olunan bu dəyərli tədqiqat əsərlərində əhaliyə, xüsusən də gənclərimizə sağlam həyat tərzini formalaşdırmaq, qida təhlükəsizliyi, düzgün və sağlam qidalanma rejimi, müasir dövrün genetik silahı hesab olunan geni dəyişdirilmiş orqanizmlər barədə faydalı, maarifləndirici məlumatlar verilir. Bizimlə söhbətində gənc alim qeyd edib ki, bu kitabların qələmə alınmasında əsas məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində yarana biləcək xəstəliklərdən qorumaq, zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzinin üstünlükləri barədə maarifləndirməkdir. Məhsəti Hüseynova onu da bildirib ki, “Gənclərin Töhfəsi” İctimai Birliyinin www.saglamqida.az saytında davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanı və ondan xilas olmağın yolları, asudə vaxtın səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidaları ayırdetmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətləri barədə operativ məlumatlar, eləcə də hesabatlar, maarifləndirici videoçarxlar yerləşdirilir. “Gənclərin Töhfəsi” İctimai Birliyi neçə ildir ki, düzgün qidalanmanın və sağlam həyat tərzinin əhəmiyyətini uşaq və yeniyetmələrə, gənclərə çatdırmaqdan ötrü uşaq bağçalarında, məktəblərdə, ali təhsil müəssisələrində mütəmadi maarifləndirici tədbirlər keçirir. “Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq”, “Narkomaniyaya və alkoqolizmə yox deyək!”, “Gender zorakılığı”, “Erkən nikahın fəsadları” və s. mövzulu seminarlarda ekspert-təlimçi qismində çıxış edən gənc alim problemin daim diqqət mərkəzində saxlamağın vacibliyini önə çəkir. 9 fevral parlament seçkilərində Bakı şəhəri 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məhsəti Hüseynova seçicilərin etimadını qazanacağı təqdirdə ölkənin ali qanunvericilik orqanı – Milli Məclisdə məhz qida təhlükəsizliyi ilə bağlı problemləri gündəmə gətirəcəyini, bu sahə ilə bağlı zəruri qanunların qəbul olunmasına çalışacağını söyləyir.

 

• Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı islahatlar və yeniləşən gəncləşmə siyasətinə, dayanıqlı inkişaf proqramlarına dəstək vermək

• Azərbaycan milli mənəvi dəyərlərinin, tarixi abidələrinin, dahi şəxsiyyətlərinin, Qarabağ problemlərinin və həqiqətlərinin dünyaya çatdırırlmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın gördüyü işlərə dəstək vermək

• Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər işdə yaxından iştirak etmək

• Sosial-iqtisadi islahatların davam etdirilməsinə, vətəndaşların həyat səviyyələrinin yüksəldilməsinə xidmət edən qanunların qəbul edilməsinə çalışmaq

• Elm və təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına və gənclərin dünya təhsil sisteminə inteqrasiyasına çalışmaq, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək

• Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarına lazımi dəstəyin verilməsinə çalışmaq

• Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin korrupsiya və məmur özbaşınalığına qarşı apardığı qətiyyətli mübarizəyə dəstək vermək, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək

• Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müstəqil xarici siyasətinin beynəlxalq mövqelərini daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin əhali arasında əhəmiyyəti haqqında maarifləndirilməsi işləri aparmaq və bu yolda ictimai dəstək vermək

• Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq seçicilərin yanında olmaq, onların problemlərini araşdırıb həllinə çalışmaq

• Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi

• Nərimanov rayonunda həyata keçirilən sosial infrastruktur layihələrin icrası zamanı ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək

• Gənclərin asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinin təbliğinə nail olmaq onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması

• Gənclərin və yeniyetmələrin sağlamlığının qayğısına qalmaq və zərərli vərdişlərdən uzaq durmaq məqsədilə müxtəlif idman klublarına cəlb edilməsi, yaşlıların və xüsusən də qadınların boş vaxtlarını idmana həsr etməsi üçün müxtəlif imkanların yaradılmasına çalışmaq

• Uşaq və yeniyetmə, gənclər arasında keyfiyyətsiz və zərərli qidalar haqqında maarifləndirmə işlərinin təşkilinə çalışmaq, əhalini sağlam həyat tərzi və qidalanmaya sövq etmə işlərinə dəstək vermək

• Kütləvi İnformasiya vasitələri ilə sağlam həyat tərzi və qidalanmaya aid əhalinin müntəzəm olaraq maarifləndirilməsi işlərinin görülməsini həyata keçirmək

• Uşaq bağçaları və orta məktəblərdə verilən/satılan qidaların sağlamlığına və qida təhlükəsizliyi qaydalarına mütamadi olaraq ictimai nəzarətin formalaşdırılmasına çalışmaqla milli genefondumuz olan gələcəyimizi qorumaq

• Vətəndaş cəmiyyəti qurumlarının yaradılması və gənclər arasında ictimai nəzarət mexanizminin yaradılmasında maarifləndirmə işlərini təşkilinə çalışmaq

• Könüllülük hərəkatının gənclər arasında maarifləndirmə işlərinin təbliği və təşviqi

• Gənclər arasında vətənpərvərlik və milli mənəvi dəyərlərimizin aşılanması istiqamətində ictimai fəallığın artırılmasına dəstək olmaq

• Azərbaycandan xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarında tariximizə və son illərdə ermənilər tərəfindən törədilmiş haqsızlıqlar barədə təbliğat işlərinin aparılmasına çalışmaq

• Qadınların və qızların problemlərinin həllinə çalışmaq, onların inkişafı ilə bağlı sistemli layihələr həyata keçirmək, iqtisadi müstəqilliyin və ictimai-siyasi fəallığın artmasına nail olmaq

• Vətəndaşların məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində layihələr həyata keçirmək

• Mütəmadi olaraq dövlətimizin daxili və xarici siyasətini ictimaiyyətə və gənclərimizə təbliğatına dəstək vermək

• Azərbaycanda mövcud olan unikal multikulural mühitin təşviqi və təbliğinə dəstək vermək

• Azərbaycan Respublikası üzrə turizmin daha da inkişaf etdirilməsi ilə bağlı müxtəlif proqramlar hazırlamaq

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!