“McDonald’s”ın Rusiyadan gedəcəyi xəbərinə belə reaksiya verdi VİDEO

SİYASƏT

10 Mart 2022 17:53

Oxunma sayi: 388
“McDonald’s”ın Rusiyadan gedəcəyi xəbərinə belə reaksiya verdi   VİDEO

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ölkədə “McDonald’s” restoran şəbəkəsinin bağlanacağı xəbərinə münasibət bildirib.

Azmedia.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Yaxşı, bağlayın. Amma sabah orada “McDonald’s” yox, “Vanya dayı”da olmalıdır. İş yerləri saxlanılsın, qiymətlər isə endirilsin”.

Qeyd edək ki, “McDonalds” Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!