MDB Azərbaycana müşahidəçilər göndərəcək

SİYASƏT

18 Dekabr 2019 15:00

Oxunma sayi: 273
MDB Azərbaycana müşahidəçilər göndərəcək

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini MDB müşahidə missiyası da izləyəcək.

 

Azmedia.az Teleqraf.com-a istinadən ildirir ki, bunu MDB Müşahidə Missiyası qərargahının rəhbəri Yevgeni Koziak bildirib.

 

“Parlament seçkilərini müşahidə etmək barədə Azərbaycan tərəfinin dəvətini almışıq. Uzunmüddətli müşahidə missiyası Bakıda, təxminən, yanvarın 18-dən işə başlayacaq. Qrupun heyətinə MDB İcrariyyə Komitəsinin müşaviri Oleq Kuleba və daha 4 nəfər daxil olacaq”, - o deyib.

 

Bununla bərabər, seçkilər ərəfəsində MDB-nin qısamüddətli müşahidə missiyası da Bakıya ezam olunacaq. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!