Medvedev Azərbaycana və Ermənistana müraciət etdi

SİYASƏT

24 İyul 2020 22:31

Oxunma sayi: 846
Medvedev Azərbaycana və Ermənistana     müraciət etdi

Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Yerevan və Bakını düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb.

 

Azmedia.az  Day.Az-a istinadən xəbər verir ki, Medvedev "Facebook"da Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə müzakirə olunan məsələlərdən bəhs edib, eyni zamanda Azərbaycan və Ermənistan sərhədində davam edən gərginliyə də diqqət yetirildiyini bildirib.

 

"Yerevan və Bakı düşününülməmiş addımlar atmaqdan çəkinməlidir", - Təhlükəsizlik Şurası rəhbərinin müavini əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!