Medvedev: “NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır”

SİYASƏT

12 May 2022 14:25

Oxunma sayi: 353
Medvedev:  “NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır”

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalının artdığını bildirib.

“Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”, - deyə o “Telegram” kanalında qeyd edib.

“NATO ölkələrinin Ukraynanı silahla doldurması, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi NATO ilə birbaşa və açıq münaqişə ehtimalını artırır”, - deyən Medvedev vurğulayıb ki, xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsilə bağlı bitib-tükənməyən söhbətləri səngimək bilmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!