Medvedev: “Onlara nifrət edirəm və yox olmaları üçün hər şeyi edəcəyəm” FOTO

SİYASƏT

07 İyun 2022 14:42

Oxunma sayi: 354
Medvedev:  “Onlara nifrət edirəm və yox olmaları üçün hər şeyi edəcəyəm”   FOTO

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev Rusiyanın düşmənlərinə nifrət etdiyini və ömrünün sonuna qədər onların yox olması üçün hər şeyi edəcəyini bəyan edib.

Bu barədə o, özünün sosial şəbəkə hesabından bildirib.

“İnsanlar məndən tez-tez soruşurlar ki, niyə mənim “Telegram”dakı postlarım bu qədər sərtdir. Cavab verirəm - onlara nifrət edirəm. Onlar əclaf və rəzildirlər. Onlar bizə - Rusiyaya ölüm istəyirlər. Nə qədər ki, sağam, onların yox olması üçün hər şeyi edəcəyəm ”, - deyə Rusiya Təhlükəsizlik Şurasının rəhbər müavini “Telegram” hesabında yazıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!