Mehriban Əliyeva: Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram FOTO

SİYASƏT

07 Mart 2020 23:02

Oxunma sayi: 652
Mehriban Əliyeva: Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram   FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi.

 

Azmedia.az.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

 

"Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!"

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!