Məlahət İbrahimqızı: “5 ci kalon dövlətimizin gördüyü işlərə qarayaxmalar etməyə çalışırlar“

SİYASƏT

05 May 2020 15:43

Oxunma sayi: 615
Məlahət İbrahimqızı: “5   ci kalon dövlətimizin gördüyü işlərə qarayaxmalar etməyə çalışırlar“

"Ulu öndərimiz Heydər Əliyevin yaratdığı, sədri möhtərəm prezident İlham Əliyev cənabları olan bu partiya İqtidar partiyası kimi fəaliyyətə başlayıb. Qeyd etmək istəyirəm ki, parlament seçkiləri bitdikdən sonra ilk iclasımızda ənənəvi olaraq cənab prezidentimiz öz çıxışı ilə iştirak edərək, açılış nitqini etdi".

 

Bu barədə Azmedia.az-a özəl açıqlamasında Millət vəkili Məlahət İbrahimqızı bildirib.
 


"Bildiyiniz kimi, 2020 ci il fevral ayında ölkəmizdə növbədən-kənar parlament seçkiləri keçirildi. Seçkidə Yeni Azərbaycan Partiyası (YAP) hər zamankı kimi, yerlərin çoxunu qazandı. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı, sədri möhtərəm prezident İlham Əliyev cənabları olan bu partiya İqtidar partiyası kimi fəaliyyətə başlayıb. Qeyd etmək istəyirəm ki, parlament seçkiləri bitdikdən sonra ilk iclasımızda ənənəvi olaraq cənab prezidentimiz öz çıxışı ilə iştirak edərək, açılış nitqini etdi. Bu il də 6-cı çağırış zamanı İlham Əliyev cənablarının çıxışı parlamentin hər bir üzvü üçün qarşıdakı 5 ildə bir yol xəritəsi oldu. O bizim hər birimiz üçün, məsləhət və tövsiyyələrini bildirdi. O qeyd etdi ki: Necə ki mən, öz dövlətimin, xalqımın xidmətindəyəm, eləcə də siz, millət vəkilləri öz seçicilərinizin, millətinizin xidmətçisisiniz. Cənab İlham Əliyev öz çıxışı zamanı millət vəkilinin məsuliyyəti, qanun yaradıcılığında, beynəlxalq əlaqələrdə, Azərbaycanın, vətəndaşın, seçicinin üzləşdiyi problemlər, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bütün məsələlərə toxundu. Eyni zamanda möhtərəm prezidentimiz Azərbaycan xalqının uzun illərdir ən vacib problemlərindən biri olan Qarabağ məsələsinə toxundu. 

 

Azərbaycan artıq dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir cərgədədir. Xüsusilə 2003-cü ildən bu günə böyük lahiyyə həyata keçirib. Bu lahiyyələr region, ölkə səviyyəsindən kənara çıxmış beynəlxalq səviyyəyə yüksəlmişdir. Dövlətimiz Avropanın enerji təchizatlarından biridir. Azərbaycan "Bakı-Tiflis-Ceyhan", "Bakı-Tiflis-Ərzurum"dan başlayaraq, "TANAP", "TAP" kimi lahiyyələri ilə dünyada artıq şöhrət qazanıb. Bu uğurlu addımların təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, möhtərəm prezidentimiz tərəfindən isə davam etdirilməkdədir. Əvvəl deyirdik ki: "Bakı-Tiflis-Ceyhan" lahiyyəsi Azərbaycan və Türkiyəni dəmir borular vasitəsi ilə əbədi bağlayıb. İndi isə fəxarət hissi ilə deyə bilərik ki: "TAP" və "TANAP" lahiyyəsi Avropa və Azərbaycanı bir-birinə bağlayıb.  90-cı illərdə "Bakı-Tiflis-Ceyhan" üç dənizin əfsanəsi adlandırılırdı, eyni zamanda "Bakı-Tiflis-Qars" dəmir yolu da belə məhşur olmuşdu. 
Bu dövrdə enerji kimi böyük əhəmiyyətə malik olan lahiyyələrdən biri də nəqliyyat lahiyyələridir. Çünki bu lahiyyələr hər bir ölkənin iqtisadi inkişafında böyük rola malikdir. "Bakı-Tiflis-Qars" dəmir yolu lahiyyəsi var olana qədər, məsələn Çindən, Hindistandan Avropaya daşınması  üçün 1 aydan çox zaman lazım idi. Bu əlavə xərclər və zaman itkisi idi. Lakin bu dəmir yolunun açılışı problemi 2-3 qat azaldıbdır. Bu gün pandemiya ilə əlaqədar bütün ölkələr özünə qapansa da, sərhədlər bağlansa da, "Bakı-Tiflis-Qars" dəmir yolları öz fəaliyyətinə olduğu kimi davam edir. Bu da bizim prezidentimiz İlham Əliyevin güclü siyasəti, əzmi, qətiyyəti ilə əlaqəli prosesdir. Bu lahiyyəni Azərbaycan və Türkiyə öz üzərinə götürdü, baxmayaraq ki, lahiyyə gündəmə gəldiyi gündən bəri "Beynəlxalq Maliyyə İnstitutları" lahiyyənin gerçəkləşməsi üçün maliyyə yardımı ayırmadılar. Düzdür, bizim dövlət büdcəmiz yetəri qədər imkanlara malik idi, lakin bu lahiyyə Gürcüstan ərazisindən keçəcəyi üçün müəyyən dəstəyə ehtiyyac duyulurdu. Sonralar Azərbaycanı sevməyən, ermənipərəst qüvvələr bu lahiyyənin məhz Ermənistandan keçməsini, onun da bu lahiyyəyə qoşulması şərtlərino qoydular. Bu daha əvvəllər də baş vermişdi. Ulu öndərimiz Heydər Əliyevin dövründə də ona daim təziqlər olurdu ki, enerji lahiyyələrində Ermənistanı da ortaq etsin. Lakin bütün təziqlərə baxmayaraq, prezidentimiz bu fikri qətiyyətlə rədd etdi, yalnız Tiflisdən yəni Gürcüstan ərazisindən keçməsinə razılıq bildirdilər. Məqsəd Ermənistanı tam blokada şəraitinə salmaq idi, o zamana qədər ki, Ermənistan öz işğalçı siyasətindən əl çəkərək, torpaqlarımızı geri qaytaracaq. O zamandan sonra digər qonşu dövlətlərimiz kimi Ermənistan ilə də qonşuluq əlaqələri yarana bilər", - deyə millət vəkili vurğulayıb. 

 

Onun sözlərinə görə, Azərbaycan bütün dünyada, ölkələr arasında etibarlı əməkdaşlıq qazanıb: "Bilirsiniz ki, Azərbaycan "Qoşulmama" hərəkatına sədrlik edir. Onun zirvə sammiti ölkəmizdə keçirildi. Bu 120 ölkənin təmsil etdiyi bir əməkdaşlıqdır. Azərbaycan bütün dünyada, ölkələr arasında etibarlı əməkdaşlıq qazanmışdır, iki və çox tərəfli əlaqələrə malikdir. Buna rəğmən ermənipərəst qüvvələr dövlətimizə Qarabağ məsələsində Ermənistana güzəşt etmək üçün təziq göstərməyə can atmaqda davam edirlər. Bu gün Erməni lobbisi dünyada güclüdür. Nəinki olduqları ölkələrdə hətta beynəlxalq təşkilatlarda ciddi gücə malikdirlər. Eyni zamanda ATƏT-in Minsk qrupu üzvlərinə təziq etmə imkanlarına malikdirlər. Bəlkə də, erməni lobbisinin təsiri olmasa, dövlətimiz çoxdan Qarabağı almışdı. Bu məsələdə bizim düşmənimiz təkcə Ermənistan deyil, təcavüzkar Ermənistanın arxasında duran qüvvələrdir. Ölkəmizdə 5-ci kalon adlanan bir qrup vardır ki, onlar dövlətimizin gördüyü işlərə qarayaxmalar etməyə çalışırlar. Daim insanlarının fikrini qarışdırmaq, dövlətdə narazı kütlə yaratmaq istəyirlər. Bunlardan biri də "Xalq Cəbhəsi" adlanan bir kiçik "qurum" deyək, hansı ki Əli Kərimli ona sədrlik edir. Ona partiya demək olmaz, çünki partiya deyəndə biz onda bir güc görürük. Məsələn "Yeni Azərbaycan" partiyası simasında siyasi və sosial bazası olan güclü birlik vardır. Təəssüf ki, barmaqla sayıla biləcək bir neçə insanın təmsil olunduğu "AXC milli şura" cütlüyü var ki, yalnız dövlətimizin gördüyü işlərə kölgə, ləkə salmaq istəyirlər. Onların məqsədi sadəcə cəmiyyətdə xaos, ajataj yaratmaqdır". 

 

O, qeyd edib ki, Azərbaycan tarixində ilk dəfə olaraq, vitse-spiker həm müxalifəti təmsil edən həm də bitərəflər fraksiyasını təmsil edənlər olub.

 

"Son dövrlərdə ölkəmizdə çox ciddi islahatlar aparılır. 2018-ci ildə möhtərəm prezidentimiz yenidən başçı seçilərkən, ilk çıxışında dedi ki, qarşıdakı illər ərzində ölkə ərazisində çox ciddi islahatlar keçiriləcək. Bu həqiqətən də bütün sahələrdə öz əksini tapdı. 6-cı növbədən kənar parlament seçkiləri də bu islahatların bir parçasına çevrildi. Bildimiz kimi, hakimiyyətin üç qanadı var: qanunvericilik, icra və məhkəmə-hüquq sahəsi. İslahatlar yalnız bir yöndə aparılsa hakimiyyətin harmoniyası pozulardı. Məhz buna görə də islahatlar bütün yönlərdə irəliləmiş oldu. Parlamentdə çox sayda partiya təmsil olunur. İlk dəfə olaraq müxalifət partiyalarını təmsil edən insanlar da təmsil olunur. Azərbaycan tarixində ilk dəfə olaraq, vitse-spiker həm müxalifəti təmsil edən həm də bitərəflər fraksiyasını təmsil edənlər oldu. Eyni zamanda komitə sədri, sədr müavinləri vəzifəsində də müxalifət təmsilçiləri, millət vəkilləri təmsil olunur. Bütövlükdə iqtidar olaraq "Yeni Azərbaycan" partiyasını təmsil edən insanlar dialoqa ilk əlini uzadan oldu. Yəni, YAP olaraq dialoqa açıq olduğumuzu ölkə və dünyaya sübut etdik. Təəssüf ki, qeyd etdiyim o qüvvələr konstruktiv dialoqdan tamamən uzaq, ancaq hər şeyə qara yaxmaq məqsədi güdürlər. Bizimlə dialoqa gəlməyəcəklərini bəyan etdilər. Bəllidir ki, onların məqsədi Azərbaycanda pozucu fəaliyyət göstərmək, dövlətimizin imicini korlamaq, insanların könlünü bulandırmaq. Demək ki, onlara əbəs yerə 5-ci kalon demirlər. Ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərsələr belə, onlar aciz və gücsüzdürlər. Dünya xalqlarının korona virusu ile mübarizə apardığı bir dövrdə, ən inkişaf etmiş ölkələrin belə nə qədər problemi olduğu üzə çıxdı. Onların ciddi sıxıntıları ictimaiyyətə bəlli oldu. İtaliya, İspaniya, Fransa, İngiltərə eləcə də ABŞ və s. ölkələrdə virusdan dünyasını dəyişən insanların cəsədinə olan davranışlar, yaşlı xəstələrin xəstəxanaya qəbul olunmaması, tibbi avadanlıqların yetməməsi ölkənin imicinə də zərər yetirdi. Lakin, Azərbaycan bu çətin dövrdə digər qabaqcıl ölkələrdən qat-qat seçildi, alnıaçıq, üzüağ çıxdı. Bu pandemiyaya qarşı dövlətimizlə bərabər, xalqımız da mübarizə apardı. Bir daha sübut olundu ki, bizim xalq, millət öz prezidentinin arxasındadır. Bu birlik bütün müstəvilərdə keçərlidir, misal olaraq 2016-cı il aprel döyüşlərini göstərə bilərəm. Prezidentimiz cənab İlham Əliyevin də hər çıxışında dediyi kimi: Biz birlikdə güclüyük!", - deyə xanım deputat sözlərinə əlavə edib.

 

Sara Babakişiyeva

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!