Merkeldən sonra Almaniyanın yeni Kansleri oldu

SİYASƏT

08 Dekabr 2021 14:35

Oxunma sayi: 245
Merkeldən sonra Almaniyanın yeni Kansleri oldu

Almaniya parlamentinin millət vəkilləri sosial-demokrat Olaf Şolzu ölkənin yeni kansleri seçiblər.

Azmedia.Az “TASS”a istinadən xəbər verir ki, Şolz 395 səs toplayıb. 

63 yaşlı Şolz indi prezident sarayına yollanmalıdır. Ölkə konstitusiyasına görə, yeni kansleri məhz dövlət başçısı təyin edir.

Şolz Prezident Frank-Valter Ştanmayer ilə görüşdən sonra parlamentə qayıdacaq və burada and içəcək.

Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsini icra edən Angela Merkel dekabrın əvvəli bu vəzifəni tərk edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!