Məşhur iş adamı Bakıda qəzaya düşdü - FOTO

ÖLKƏ

18 Aprel 2024 17:18

Oxunma sayi: 285
Məşhur iş adamı Bakıda qəzaya düşdü -  FOTO

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat yol qəzasına düşüb.

Azmedia.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yol qəzası nəticəsində xəsarət alıb. Xəsarət alan H.Büyükfırat Bakıdakı özəl klinikaların birinə yerləşdirilib.

Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, türkiyəli iş adamı 1992-ci ildən Azərbaycanda yaşayır. O, "Büyükfırat" Şirkətlər Qrupunun prezidentidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!