Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq SİYAHI

SİYASƏT

26 Dekabr 2020 12:04

Oxunma sayi: 793
Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq   SİYAHI

Milli Məclisin 2020-ci il payız sessiyasının işlər planına daxil edilən səkkiz qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq.

 

Azmedia.az  xəbər verir ki, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Lombardlar haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri işlər planına daxil edilsə də, parlamentin payız sessiyasında müzakirəyə təqdim olunmayacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır, dekabrın 30-da başa çatır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!