Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayrılıb

SİYASƏT

25 Dekabr 2019 17:55

Oxunma sayi: 457
Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında sərəncam imzalayıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, "Günəşli", "Bağlar", "Üçxoz" və "Tingçilik" yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılır.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!