MN: “Ermənilərin yaydığı məlumat yalandır” YENİLƏNİB

SİYASƏT

07 Mart 2022 18:07

Oxunma sayi: 332
MN: “Ermənilərin yaydığı məlumat yalandır”   YENİLƏNİB

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur”.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.

“Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, - deyə məlumatda bildirilib.

****

Azərbaycan-Ermənistan sərhədində atışma olub. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanıb.

Qeyd edilib ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!