MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

SİYASƏT

27 Avqust 2020 12:36

Oxunma sayi: 322
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən Azmedia.az-a verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!