MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək“

SİYASƏT

04 Aprel 2022 10:38

Oxunma sayi: 384
MN:  “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək“

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - nazirlikdən bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!