MN: “Təsdiqlənməmiş məlumatların yayılması hərbi qulluqçularımızın həyatını təhlükəyə atır”

SİYASƏT

19 Oktyabr 2020 11:30

Oxunma sayi: 690
MN:     “Təsdiqlənməmiş məlumatların yayılması hərbi qulluqçularımızın həyatını təhlükəyə atır”

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:

“Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!