Moldovanın sabiq Baş naziri Prezident İlham Əliyevə məktub ünvanladı

SİYASƏT

17 Oktyabr 2020 23:00

Oxunma sayi: 633
Moldovanın sabiq Baş naziri Prezident İlham Əliyevə məktub ünvanladı

Moldovanın sabiq Baş Naziri Kirill Qaburiçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin davamlı atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasını həyəcanla izləyirəm.

 

BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın mülki əhalisinə və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

 

Həmsədrlərimizin sərt bəyanatı ilə yanaşı, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi öz təcrübələrimizdən istifadə edərək kömək göstərməyə hazırıq.

 

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Dualarımız Sizinlədir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!