Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir

SİYASƏT

10 Noyabr 2021 15:19

Oxunma sayi: 234
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir.

Azmedia.Az Rusiya mediasına istinadən xəbər verir ki, iclas ilk dəfə olaraq Beynəlxalq Hərbi Mərkəzdə baş tutur.

Görüşü Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıq elan edib. Şoyqu xatırladıb ki, görüş MDB Müdafiə Nazirləri Şurasının 30 illik yubileyi ərəfəsində keçirilir. 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!