Mövlud Çavuşoğlu: “S 400” məsələsi artıq bitib”

SİYASƏT

24 Mart 2021 18:22

Oxunma sayi: 604
Mövlud Çavuşoğlu:     “S   400” məsələsi artıq bitib”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Brüsseldəki qərargahında ABŞ-ın dövlət katibi Entoni Blinkinlə görüşüb.

Azmedia.Az “Anadolu” agentliyinin diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən yazır ki, görüş zamanı Suriya, Liviya və Şərqi Aralıq dənizi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Mövlud Çavuşoğlu ABŞ rəsmisinə növbəti dəfə Türkiyənin PKK və FETO ilə bağlı mövqeyini xatırladıb.

M.Çavuşoğlu və Entoni Blinkin həmçinin “S-400” zenit-raket kompleksləri barədə də fikir mübadiləsi aparıblar.

M.Çavuşoğlu bildirib ki, Türkiyə “S-400” komplekslərini artıq əldə edib və bu məsələ Türkiyə üçün bitmiş hesab olunur.

“Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyik”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!