MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

SİYASƏT

24 Fevral 2020 22:03

Oxunma sayi: 568
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.
 

Azmedia.az BakuPost.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.


Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.
 

İclasda daha sonra həmin dairənin seçki ( 1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!