Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”

SİYASƏT

18 Oktyabr 2020 15:40

Oxunma sayi: 615
Müdafiə Nazirliyi:     “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”

“Hazırda əməliyyat bölgəsində əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır”.

 

Azmedia.az-ıın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. 

A.Eyvazov deyib ki, Ali Baş Komandanın göstərmiş olduğu qətiyyətli mövqe ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb:

“Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!