Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir

SİYASƏT

05 Oktyabr 2020 18:25

Oxunma sayi: 807
Müdafiə Nazirliyi:     Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb. 

 

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. 

Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!