Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

SİYASƏT

23 Mart 2020 12:00

Oxunma sayi: 366
Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Azmedia.Az Trend-ə istinadən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!