Müdafiə Nazirliyi yeni görüntülər yaydı: Artilleriya bölmələri atəş açdılar ( FOTO)

SİYASƏT

23 Sentyabr 2020 13:53

Oxunma sayi: 609
Müdafiə Nazirliyi yeni görüntülər yaydı: Artilleriya bölmələri atəş açdılar     ( FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

 

Azmedia.az  bildirir ki, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!