Müdafiə Nazirliyindən Azərbaycandakı türkiyəli hərbçilərlə bağlı AÇIQLAMA VİDEO

SİYASƏT

22 Dekabr 2020 13:35

Oxunma sayi: 800
Müdafiə Nazirliyindən Azərbaycandakı türkiyəli hərbçilərlə bağlı     AÇIQLAMA   VİDEO

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

 

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!