Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı AÇIQLAMA

SİYASƏT

10 Oktyabr 2020 11:22

Oxunma sayi: 1038
Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı   AÇIQLAMA

“Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir:

“Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!