Müharibədən sonra azərbaycanlılardan ibarət ilk qrup Dağıstandan ölkəmizə qayıtdı

SİYASƏT

12 Dekabr 2020 10:19

Oxunma sayi: 1121
Müharibədən sonra azərbaycanlılardan ibarət ilk qrup Dağıstandan ölkəmizə qayıtdı

Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan vətəndaşlarının ilk qrupu Rusiyadan Azərbaycana qayıdıb.

 

Bu barədə “Sputnik” Dağıstanın Məhərrəmkənd rayonunun başçısı Fərid Əhmədovun açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, 33 nəfər Azərbaycana qayıdıb və Rusiya tərəfi 400-ə yaxın vətəndaşını qəbul edib.

Əhmədov bildirib ki, hazırda 500-ə yaxın Azərbaycan vətəndaşı evlərinə qayıtmaq üçün Dağıstanda gözləyir:

“Müntəzəm buraxılışın nə vaxt başlayacağı hələ məlum deyil... Torpaq dəhlizinin təşkili dayandırılıb. Hələ bu prosesin yenidən başlama vaxtı barədə məlumatımız yoxdur”.

Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan vətəndaşları yerli büdcənin vəsaiti hesabına yerli hotellərdə yaşayırlar, onlara iş imkanları verilir: rayon rəhbərliyi mütəmadi olaraq tikinti və ya yük daşıma işləri üçün sifarişlər göndərir.

F.Əhmədov qeyd edib ki, həmin insanlar taleyin ümidinə buraxılmayacaqlar, çünki onlar qonşudurlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!