“Müharibəyə son qoymalıyıq!“ deyib könüllü döyüşə yollandı Şəhid Səxavət Abbasov medalla təltif edilib

SİYASƏT

21 Dekabr 2020 13:29

Oxunma sayi: 978
“Müharibəyə son qoymalıyıq!“ deyib könüllü döyüşə yollandı   Şəhid Səxavət Abbasov medalla təltif edilib

"Dost dosta dar gündə gərəkdir" deyib atalarımız. Elə o da vətənin bütövlüyü uğrunda döyüşlərdə dostuna dar anında kömək olub. Amma təəssüf ki, bu döyüşdən nə dostu, nə də özü sağ çıxa bilib...

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "məndən nigaran qalmayın, Vətən borcunu verib qayıdacağam" deyib.

"Övladdan da şirindir nəvə" deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.

20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədə qalib kimi çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub.

Səxavət Abbasov oktyabırın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!