Muharrem İncə CHP dən istefa verdi

SİYASƏT

08 Fevral 2021 16:06

Oxunma sayi: 604
Muharrem İncə CHP   dən istefa verdi

Türkiyəli siyasətçi Muharrem İncə CHP-dən ayrıldığını açıqlayıb.

 

Azmedia.Az xəbər verir ki, siyasətçi bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

“CHP indi sadəcə bir plakatdan ibarətdir. CHP ideoloji fırtınalar yaşayır. Bu gün yolayrıcında olduğumu bilirəm. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyən, ancaq Mustafa Kamal Atatürk deyə bilməyənlərdən ayrılıram”,- deyə İncə qeyd edib.

 

O, həmçinin öncədən xəbər verdiyi yeni siyasi partiyasını qurduğunu və yaxın zamanda bunu elan edəcəyini bildirib.

 

“Yeni bir yola çıxırıq. Hədəfimiz 50 + 1% səsi toplamaqdır. Ad, loqo- hər şey hazırdır. Sosial media hesablarından tutmuş patent əməliyyatlarına qədər. “İYİ” Partiyasından sonra məclisdə ən çox millət vəkili olan partiya olacağıq. Əksəriyyəti siyasətlə məşğul olmayan, amma siyasətdə təcrübəli dostlarımız da var. Çox qısa müddətdə ən az 60 bölgədə təşkilatlanacağıq”,- deyə siyasətçi qeyd edib.

 

Xatırladaq ki, Muharrem İncə ötən ilin avqust ayında Cümhuriyyət Xalq Partiyasından ayrılaraq yeni partiya quracağını açıqlamışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!