Mülki əhali və şəxsi heyət arasında təbliğat təşviqat işləri davam edir

SİYASƏT

08 Oktyabr 2020 10:58

Oxunma sayi: 1031
Mülki əhali və şəxsi heyət arasında təbliğat   təşviqat işləri davam edir

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır.  

Təşviqat tədbirlərinin məqsədi ordu-xalq birliyinin daha da möhkəmləndirilməsi, ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də döyüşlərdə rəşadət göstərən şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin təbliğ edilməsidir. 

Şəxsi heyət və cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanan tədbirlər səyyar səsyayıcı stansiyalar vasitəsi ilə yayımlanan hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilir.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!