Müşfiq Bəkdiyevin göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu VİDEO

SİYASƏT

08 Yanvar 2021 12:40

Oxunma sayi: 784
Müşfiq Bəkdiyevin göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu   VİDEO

Bu reportajımızın qəhrəmanı Sumqayıt şəhər Corat qəsəbə sakini Müşfiq Bəkdiyevdir. O Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Müşfiq Xocavənd uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu. Söhbət Sumqayıt Corat qəsəbə sakini 18 yaşlı Müşfiq Bəkdiyevdən gedir.

O vətən müharibəsi başlayanda, sentiyabrın 27-də hərbçi yoldaşları ilə birgə döyüşə atılır. Müşfiq Bəkdiyev Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Xidməti dövründə atıcı olan əsgər Müşfiq Bekdiyev oktiyabrın 27-də, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub

Qəhrəmanlar unudulmur. Anası Samirə Bəkdiyeva deyir ki,vətənini canından çox sevən oğlu uşaqlıqdan Vətənpərvər ruhda böyüyüb.

Müşfiq Bəkdiyev Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn edilib.Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!