NASA rəhbəri: “Çin Ayı öz ərazisi elan edə bilər”

SİYASƏT

03 İyul 2022 02:00

Oxunma sayi: 131
NASA rəhbəri: “Çin Ayı öz ərazisi elan edə bilər”

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson Çinin bir gün Aya enib onu öz ərazisi elan edə biləcəyindən ehtiyat etdiyini bildirib.

Onun sözlərinə görə, hazırda Çinlə Qərb arasında “kainatı araşdırmaq üçün yeni yarış” gedir.

Nelson mövqeyini Çinin kosmik proqramının hərbi təyinatlı olması ilə izah edib. O, güman edir ki, Çin astronavtlarına özgə peykləri məhv etmək öyrədiləcək.

Mənbə: gazeta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!