NATO da fövqəladə iclas: “Türkiyə müharibə istəmir, amma...”

SİYASƏT

29 Fevral 2020 13:15

Oxunma sayi: 431
NATO   da fövqəladə iclas:     “Türkiyə müharibə istəmir, amma...”

Ötən gün İdlibdə hökumət qüvvələrinin hücumu nəticəsində 33 türk əsgəri həyatını itirib.

 

Azmedia.az "MediaPost"-a istinadla  xəbər verir ki, bu hadisə ilə əlaqədar bir çox ölkələr Suriya hökumətinə tənqidi fikirlər səsləndirib. Yaranmış gərgin vəziyyətdən sonra NATO fövqəladə iclas keçirib.

 

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Feridun Siniriloğlu BMT Təhlükəsizlik Şurasında çıxış edərkən bildirib ki, İdlibdə türk əsgərlərinə qarşı təşkil olunan hava hücumları zamanı Rusiyaya məxsus təyyarələrin bölgədə müşahidədə olduğu görünüb.

 

Siniroğlu söyləyib ki, türk təyyarələri həmin bölgədə məqsədli şəkildə hədəf alınıb:

 

"Türkiyə ilə Rusiya arasında hücumdan əvvəl əlaqə olub. Türk əsgərlərinin bölgədə olacağından rusların xəbəri var idi və ruslara xəbərdarlıq olunmasına baxmayaraq onlar hava hücumunu davam etdirib. Yaralanan türk əsgərlərini aparmaq üçün gələn təcili yardım maşınları belə hədəf alınmışdı".

 

Siniroğlu çıxışı zamanı onu da əlavə edib ki, Türkiyə savaş istəmir, amma ölkəsinin təhlükəsizliyi hədəf alınsa, günahkarları cəzalandırmaqdan çəkinməz.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!