NATO: Dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatları dərhal dayandırılmalıdır

SİYASƏT

27 Sentyabr 2020 17:56

Oxunma sayi: 889
NATO:     Dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatları dərhal dayandırılmalıdır

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

 

Azmedia.az-ın məlumatına görə, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə bəyanatda vurğulanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!