NATO şərq cinahını gücləndirir: Latviyada yeni zenit raket kompleksləri yerləşdirildi

SİYASƏT

27 İyun 2022 17:17

Oxunma sayi: 262
NATO şərq cinahını gücləndirir:  Latviyada yeni zenit   raket kompleksləri yerləşdirildi

Latviyanın Lielvarde aviabazasında İspaniyadan gətirilən NASAMS zenit-raket kompleksinin batareyası yerləşdirilib.

Bu barədə Latviya Milli Silahlı Qüvvələrinin “Twitter” səhifəsində məlumat verilib.

Qurumdan bildirilib ki, bu addım Baltikyanı regionun müdafiə qabiliyyətinin gücləndirilməsi zərurəti ilə əlaqədar atılıb.

Xatırladaq ki, NATO-nun Madriddə iyunun 28-30-da keçiriləcək sammitində alyansın şərq cinahında qoşunların sayının demək olar ki, iki dəfə artırılması barədə qərar qəbul oluna bilər.

Mənbə: UNİAN

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!