Naxçıvan istiqamətində mövqelərimiz atəşə TUTULDU - RƏSMİ

ÖLKƏ

09 Aprel 2024 19:17

Oxunma sayi: 108
Naxçıvan istiqamətində mövqelərimiz atəşə TUTULDU -  RƏSMİ

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azmedia.Az Referans.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!